Avropa İttifaqı 2027-ci ildə də Rusiya Federasiyasından qaz nəqlinin tam imtinasına nail olmaq istəyir.
Ednews xəbər verir ki, bunu Avstriyanın İqlim Mühafizəsi və Ekologiya Nazirliyinin rəhbəri Leonore Qevessler çıxışında qeyd edib.
Mənbənin verdiyi məlumata görə, bu məqsəd 2027-ci il üçün Avropa İttifaqının bütün 27 dövləti üçün nəzərdə tutulub. Nazir bildirib ki, bu, siyasi birliyin qarşısında duran kollektiv vəzifədir.
Qevessler əlavə edib ki, hazırda Avstriyanın Rusiya qazından asılılığı təxminən 80% təşkil edir və Vyana mümkün qədər tez “bundan qurtulmalıdır”.
Həmçinin Qevessler qeyd edib ki, bunun üçün qaz istehlakını azaltmaq və istilik nasoslarına keçmək, həmçinin bioqaz istehsalı ilə məşğul olmaq lazımdır.
Səbinə Qədirova