Braziliyada “omikronun” yeni mutasiyası aşkar edilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Folha de S.Paulo nəşri yayıb.
Nəşr San-Pauludakı laboratoriyanın məlumatlarına istinadən yazır ki, bu, artıq mövcud olan iki sub-ştammın rekombinasiyasıdır. Lakin
Bildirilib ki, yeni ştammın kifayət qədər nümunə olmadığı üçün hələ də nəticələr natamamdır.
Dasa laboratoriya şəbəkəsinin məlumatına görə, kəşf San-Pauluda üç yaşlı uşaqdan götürülmüş nümunələrin tədqiqi əsasında edilib. Alimlər bunun əvvəllər məlum olan iki omikron alt xəttinin - BA.1 və BA.2-nin birləşməsindən ibarət olduğunu iddia edirlər.
Qeyd edək ki, ştammın yeni tam hüquqlu rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir səbəb yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.
Səbinə Qədirova