İtaliya Məhkəməsi atanın soyadının birbaşa alınmasının əleyhinə qərar qəbul edib.
Ednews xəbər verir ki, İtaliya məhkəməsi qərarla bağlı verdiyi açıqlamada bunun ayrı seçkilik olduğunu və gələcəkdə uşağın şəxsiyyətinə xələl gətirə biləcəyini də qeyd edib.
Alınan yeni qərara əsasən, bundan sonra doğulan uşaqlara valideynlərdən birinin və ya hər ikisinin soyadı verilə bilər.
Ümumi olaraq, xüsusi razılıq nəticəsində valideynlər uşaqlarına yalnız bir soyad verə bilərlər. Əgər, məsələ ilə bağlı valideynlər razılığa gələ bilməsələr, uşaqlar hər iki soyadı götürəcəklər.
Bunu da qeyd edək ki, soyadların hansı qaydada veriləcəyi ilə bağlı konkret razılıq olmadıqda işə məhkəmədə baxılacaq.
Nəzrin Beydiyeva