Məşhur otellər şəbəkəsi Rusiyadan gedir - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Məşhur otellər şəbəkəsi Rusiyadan gedir

Dünya A- A A+

Böyük Britaniyanın hotel operatoru “InterContinental Hotel Group” (IHG) Rusiya bazarını tərk etməyə hazırlaşır.

Ednews xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Holiday Inn”in Rusiyadakı mülkünün sahiblərindən biri və iki məsləhətçi mənbə bildirib.

Qeyd edilib ki, IHG Rusiyadakı hotel sahibləri ilə idarəetmə müqavilələrinə xitam vermək üçün danışıqlar aparır, şirkət obyektlərin sahibləri ilə “əməliyyat fəaliyyətində dəyişiklikləri” müzakirə edir.

IHG Rusiya hotel bazarında üç ən böyük beynəlxalq şəbəkədən biridir. Onun Rusiyadakı brendlərinə “Holiday Inn”, “InterContinental”, “Crowne Plaza” və “Indigo” daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...