Entoni Blinken COVİD-19-a yoluxdu - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Entoni Blinken COVİD-19-a yoluxdu

Dünya A- A A+
ABŞ dövlət katibi Entoni Blinken COVİD-19 virusuna yoluxub.
Ednews xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinkenin COVİD-19 testinin nəticəsinin müsbət olduğu qeyd edilib.
Dövlət katibi xəstəliyi yüngül simptomlarla keçirdiyini açıqlayıb.
Vaksinasiyanın bütün mərhələlərindən keçən Blinkenin bir müddətdir ki, Co Baydenlə görüşmədiyi və bu səbəbdən də prezidentlə yaxın təmasda olmadığı bildirilib.
Blinken koronavirus testi mənfi çıxana qədər fəaliyyətini evdən davam edəcək.
Qeyd edək ki, xəstəliyi səbəbilə dövlət katibinin Çin siyasəti ilə bağlı planlaşdırılan çıxışı da təxirə salınıb.
 
 Ülkər İsmayılzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...