ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Ednews-un xəbərinə görə, məlumat nazirliyin saytında yerləşdirilib.
Bildirilir ki, Rusiyadan olan daha 33 fiziki şəxs, 22 şirkət və rusiya bayrağı altında üzən 69 gəmi sanksiya siyahısına salınıb.
Sanksiya siyahısına əlavə olunan şirkətlıər arasında basnklar və ərzaq istehsalında ixtisaslaşan şirkətlər üçstünlük təşkil edir.
***
ABŞ Rusiyanın “Rossiya-1”, “Pervıy kanal” və NTV televiziyalarına sanksiya tətbiq edib.
Ednews TASS agentliyinə istinadla xəbər verir ki, ABŞ şirkətlərinin sözügedən kanallara reklam yerləşdirməsi və avadanlıq satması qadağan edilir.
Qeyd olunur ki, sözügedən media qurumlarına reklam vermək, yayım texnologiyası, səs avadanlığı və sair sarmaq qadağandır. Sözügedən kanallar Qərb texnologiyasından təbliğat işində istifadə edir.