Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub - bir nəfər ölüb - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub - bir nəfər ölüb

Dünya A- A A+

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının Şirak rayonu ərazisindəki dağlıq poliqonunda partlayış olub.

Ednews “Sputnik Armeniya“ saytına istinadən xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda mərminin partlaması nəticəsində çoban ölüb.

Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

Xatırladaq ki, 2013-cü ildə iki yeniyetmə - 12 yaşlı Artur Mkrtçyan və 16 yaşlı Muşeq Gevorkyan qoyun otararkən təlim meydançasında həlak olmuşdu.

Onlardan biri tarlada partlamamış qumbara görüb və onu götürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...