“Amazon” qurucusu Baydeni TƏNQİD ETDİ - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

“Amazon” qurucusu Baydeni TƏNQİD ETDİ

Dünya A- A A+
 “Amazon” qurucusu, milyarder iş adamı Cef Bezos ABŞ prezidenti Co Baydeni tənqid edib.
 
Ednews xəbər verir ki, milyarder bunu Baydenin sosial media platformasındaki paylaşımı ilə bağlı qeyd edib.
 
O, Co Baydenin “İnflyasiyanı aşağı salmaq istəyirsiniz? Onda elə edək ki, ən varlı korporasiyalar öz ədalətli paylarını ödəsinlər” yazdığı tvitinə belə cavab verib:
 
“Yeni yaradılan Milli Təhlükəsizlik Departamentinin Dezinformasiya İdarəetmə Şurası bu tviti nəzərdən keçirməlidir. Ya da bəlkə də, bunun əvəzinə yeni bir “Non-Sequitur” (əvvəlki arqumentdən və ya bəyanatdan məntiqi nəticə çıxarmayan nəticə və ya ifadə) şura yaratmalıdır. Korporativ vergilərin artırılmasını müzakirə etmək yaxşıdır. İnflyasiyanın qarşısının alınması müzakirə üçün vacibdir. Ancaq bunları bu cür müzakirəyə çıxarmaq sadəcə yanlış istiqamətləndirmədir”. 
 
Qeyd edək ki, 2021-ci ildə 469 milyard dollarlıq qlobal gəlirlə 3,7 milyard ABŞ dolları vergi ödəmiş “Amazon” federal vergilərə kifayət qədər töhfə vermədiyi üçün tez-tez tənqid olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...