İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı hökumətin mətbuat xidməti yayıb.
İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və müdafiə nazirinin müavini Karen Brutyan iştirak ediblər.
Bildirilir ki, iclasda Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlər müzakirə olunub.