“Türkiyənin inkişafına və böyüməsinə mane olmağa çalışanlara qarşı güclü mübarizə aparırırıq".
Ednews xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə yayımladığı mesajında bildirib.
Ərdoğan gəncləri təbrik edərək 19 Mayın əhəmiyyətinə toxunub:
"Qazi Mustafa Kamalın türk gəncliyinə bəxş etdiyi 19 May millətimizin istiqlal əzminin və eşqinin dünyaya bəyan edildiyi, içimizdə müqavimət ruhunun canlandığı bir tarixdir. 1919-cu il mayın 19-da türk milləti müstəmləkəçi işğalçı qüvvələrə qarşı birlikdə ayağa qalxaraq əbədi dövlətimiz olan Türkiyə Cümhuriyyətinin qurulması uğrunda total mübarizə aparmış, dastanlıq qəhrəmanlıqlar nümayiş etdirmiş və nəhayət, mübarək qələbəyə nail olmuşdur. Biz bu gün tariximizdən aldığımız müstəqillik gücü və ruhu ilə gələcəyə doğru addımlayırıq. Türkiyənin inkişafını, böyüməsinə mane olmaq istəyənlərə qarşı güclü mübarizə aparırıq".