Türkiyənin Milli Müdafiə Nazirliyindən Yunanıstanın "Pontus" iddialarına cavab verilib.
Bu barədə Ednews haberglobal-a istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, Türkiyə Yunanıstan hakimiyyətinin "Pontus" iddialarını rədd edir: "Yunanıstan rəhbərliyi həqiqətləri və tarixi reallığı görməzlikdən gəlməyə çalışır. Həm öz xalqına, həm də dünya ictimaiyyətinə yalan danışan yunan siyasətçilərinin bu davranışını qınayırıq"
Məlumatda qeyd edilib ki, Yunanıstan keçmişdəki reallığa baxaraq, Anadoluya qəddarcasına soxulmuş və torpaqları zəbt edən əcdadlarının qan donduran vəhşilikləri ilə üzləşməlidir. Yunanlar Anadoluda uşaq, qadın, qoca demədən vəhşicəsinə qırğınlar törədiblər. Hər fürsətdə Türkiyəyə düşmənçilik zəminində süni gündəm yaratmağa cəhd edənlər anlamalıdırlar ki, bu reallıqdan uzaq ritorika Yunan xalqına da ziyan vurur”.
Xanlar Əlibəy