ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.
Ednews xəbər verir ki, bu məlumatı Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan brifinqdə açıqlayıb.
O bildirib ki, Kiyevə yardım göstərməkdə ləngimə olmayacaq:
“Biz Konqresdən qanun layihəsini tez bir zamanda təsdiqlədikləri üçün təşəkkür edirik”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ötən həftə olub. Senatda sənəd ötən gün təsdiqlənib.