Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı otellərdən birində tədbirdə olarkən müxalifətin aksiyası ilə qarşılaşıb.
Ednews xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treys tədbirdə iştirak etmək üçün otelə gəliblər. Bundan xəbər tutan etirazçılar oteli mühasirəyə alıblar.
“Diktatura tətbiq edən baş nazir və Azərbaycana səfər edən səfir Ermənistanın gələcəyini müzakirə edə bilməz” - etirazçılar deyiblər.
Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndiriblər.
Qeyd edək ki, Ermənistanda müxalifətin kütləvi aksiyaları aprelin 25-dən başlayıb. Etirazçı kütlə baş nazir Nikol Paşinyanın istefasını tələb edir.