İran prezidentindən Urmiya gölü ilə bağlı bəyanat - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

İran prezidentindən Urmiya gölü ilə bağlı bəyanat

Dünya A- A A+

“Urmiya gölü məsələsi təkcə Urmiya şəhəri və Qərbi Azərbaycan üçün deyil, həm də region və ölkə üçün önəmlidir”.

Bu barədə İİR Prezidenti İbrahim Rəisi Urmiya şəhərində keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, bu problemin aradan qaldırılması prioritet məsələlərdən biridir.

Əvvəlki prezident Həsən Ruhani dövründə Urmiya gölünün dirçəldilməsi işlərinə işarə edən Rəisi bunun üçün işlərə başlanıldığını, lakin tamamlanmadığını qeyd edib.

“Biz bu səfəri bu layihələri tamamlamaq üçün planlaşdırdıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2003-cü ildə quraqlıq səbəbindən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Gölün canlandırılması tələbi ilə ölkədə vaxtaşırı nümayişlər keçirilir.

IRNA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...