Şimali Koreyanı sakitləşdirmə dövrü başa çatıb və Seul və Pxenyan arasında istənilən yeni danışıqlar Şimali Koreya lideri Kim Çen Inın təşəbbüsü ilə aparılmalıdır.
Ednews “CNN”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın yeni prezidenti Yun Sok Yol deyib.
"Düşünürəm ki, sıra Kimdədir - bizimlə dialoqa başlamaq onun seçimidir. Şimali Koreyanın təxribat və ya münaqişəsindən sadəcə müvəqqəti xilas olmaq bizim etməli olduğumuz bir şey deyil. Son beş il ərzində bu cür yanaşma uğursuz olduğunu sübut etdi.",- prezident vurğulayıb.
O bildirib ki, Cənubi Koreya və onun müttəfiqləri Şimali Koreyanın istənilən təxribat hərəkətinə hazırdırlar.
Qeyd edək ki, Şimali Koreya bu il indiyədək 15 raket sınağı həyata keçirib və bu, son iki illə müqayisədə daha çoxdur. Keçən ay Kim öz nüvə qüvvələrini mümkün olan ən yüksək sürətlə gücləndirəcəyinə və inkişaf etdirəcəyinə söz verib.
Mirvari Əzizova