Rusiya EXPO 2030-a ev sahibliyi etmək təklifini geri çəkib.
Ednews xəbər verir ki, ölkənin xarici işlər nazirliyi bunun səbəbinin təklifin Qərb ölkələri tərəfindən aparılan hazırkı “anti-Rusiya kampaniyası” çərçivəsində “ədalətli və qərəzsiz” qiymətləndirilməyəcəyinə dair ehtimal bildirib.
“Aydındır ki, Moskvanın EXPO 2030 sərgisinə ev sahibliyi etmək iddiası digər dörd namizədin rəqabəti ilə üzləşib, ədalətli və qərəzsiz qiymətləndirilməyəcək”, – nazirliyin verdiyi bəyanatda deyilir.
Bəyanatda deyilir ki, Ümumdünya EXPO sərgiləri Rusiyanı bütün əməkdaşlıq sahələrindən qovmağa yönəlmiş Qərb ölkələrinin apardığı “genişmiqyaslı anti-Rusiya kampaniyasının” növbəti qurbanı olub.
Nazirlik qərarı ilə bağlı Beynəlxalq Sərgilər Bürosunu (BIE) xəbərdar edib.
BIE Rusiyanın qərarı ilə bağlı bildiriş aldığını təsdiqləyib və açıqlamasında bildirib ki, Rusiyanın baş naziri Mixail Mişustin ölkənin yaxın gələcəkdə namizəd olacağına ümid etdiyini deyib.
Qeyd edək ki, sərgiyə Ukrayna da ev sahibliyi etmək istəyini bildirib. Ümumdünya EXPO 2030-un ev sahibi ölkəsi 2023-cü ilin sonunda BIE-nin 170 üzv dövləti tərəfindən seçiləcək.
Ukraynanın cənub liman şəhəri olan Odessa ev sahibliyi hüququ üçün iddialı qalan dörd şəhərdən biridir. Digərləri isə İtaliyanın Roma, Cənubi Koreyanın Busan, və Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərləridir.
Mirvari Əzizova