“Starbucks” Rusiya bazarını tamamilə tərk etməyə qərar verib.
Ednews xəbər verir ki, qəhvə şirkəti mart ayında fəaliyyətini və məhsullarının Rusiyaya daşınmasını dayandırıb. Starbucks verdiyi qısa açıqlamada Rusiya bazarından çıxmaq qərarına gəldiyini və markanın artıq burada mövcud olmadığını bildirib.
Məlumata görə, ölkədə təxminən 2000-ə yaxın işçi növbəti 6 ay maaş alacaq. “Starbucks” həmçinin onlara şirkətdən kənarda yeni iş axtarmağa kömək edəcək.
Qeyd edək ki, “Starbucks” Rusiyada ilk dəfə 2007-ci ildə açılıb. Mart ayına olan məlumata görə, şirkətin Rusiyada 130 məntəqəsi var idi.
Xatırladaq ki, keçən həftə “McDonald's” restoranlar şəbəkəsi də oxşar qərar verib.
Mirvari Əzizova