Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Dünya A- A A+
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
 
Ednews “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq.
 
İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr aparılacaq.
 
Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi Ankaranın bununla bağlı “yol xəritəsi” müzakirə ediləcək.
 
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, habelə İraq, Liviya, Cənubi Qafqaz və Şərqi Aralıq dənizindəki proseslər barədə fikir mübadiləsi aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...