İzmirdə kimliyi bilinməyən şəxslər məscidlərin mərkəzi azan sistemlərinə girərək qısa müddətli musiqi yayımı ediblər.
Bu barədə Ednews haberglobal-a istinadən xəbər verir.
Hadisə dünən gecə saat 22:00 radələrində İzmirin Torbalı mahalının Ayrancılar məhəlləsində baş verib. Kimliyi bilinməyən şəxslər Yunus Emre Məscidi və Ayrancılar Mərkəz Məscidinin səs sisteminə daxil olaraq səsgücləndiricidən Bülent Ersoyun “üzünü görə bilmərəm” mahnısı səsləndirilib. Səlahiyyətlilər dərhal müdaxilə edərək səs sistemlərini söndürüblər.
Xanlar Əlibəy