Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq isə yaralanıb.
Ednews “UNİAN”a istinadən xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Daha çox uşaq ölümləri Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində qeydə alınıb.
Məlumatda bildirilib ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.