Bağdadın mərkəzində partlayış baş verdi - Ölən və yaralananlar var - YENİLƏNİB - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Bağdadın mərkəzində partlayış baş verdi - Ölən və yaralananlar var - YENİLƏNİB

Dünya A- A A+

İraqın paytaxtında restoran binasının uçması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Ednews xəbər verir ki, bu barədə "SHAFAQ News" agentliyi məlumat yayıb.

Binada olan üç yaralı dağıntılar altından çıxarılıb.

Partlayış İraq paytaxtının mərkəzində baş verib. İlkin məlumata görə, söhbət qaz kəmərinin partlamasından gedir.

*14:37
 
İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, partlayış insident nəticəsində restoranın binası uçub.
 
İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.
 
INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...