Ednews xəbər verir ki, "Tara Air" şirkətinə məxsus təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qüllə ilə əlaqəni kəsərək itdiyi açıqlanıb.
Axtarış-xilasetmə işlərindən sonra təyyarənin qalıqları tapılıb. Məlum olub ki, təyyarədə olan 22 nəfər sərnişinin hamısı həlak olub.
Nepal Mülki Aviasiya İdarəsi baş direktorunun müavini Deo Çandra Lal Karn açıqlamasında qəzanın dəqiq səbəbin məlum olmadığını bildirib.