Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində daşqın və torpaq sürüşməsinin fəsadları davam edir.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Pernambuko hökumətindən verilən açıqlamaya görə təbii fəlakət nəticəsində 106 nəfərin həlak olduğu, 10 nəfərin isə itkin düşdüyü bildirilib.
Qubernator Paulo Camara prioritetin torpaq sürüşməsi və sel sularında itənlərin tapılması olduğunu bütün itkinləri tapana qədər axtarış tədbirlərinin davam edəcəyini bildirib.
Qeyd edək ki, Pernambukoda ən azı 24 bələdiyyə fövqəladə vəziyyət elan edib.Ümumilikdə 6000 insanın evi tamamilə yararsız vəziyyətə düşüb.
Milli Mülki Müdafiə tərəfindən edilən açıqlamada, paytaxtı Resife də daxil olmaqla Pernambukoda yenidən daşqın xəbərdarlığı edilib.
Nəzrin Beydiyeva