Slovakiyada dəhşətli qatar qəzası baş verdi - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Slovakiyada dəhşətli qatar qəzası baş verdi

Dünya A- A A+

Slovakiyanın Jilinsk əyalətinin Varin və Vrutki yaşayış məntəqələri arasında hərəkət edən sərnişin qatarı dəmiryol lokomotivi ilə toqquşub.

Ednews xəbər verir ki, qəza zamanı onlarla sərnişin yüngül və ya orta dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Slovakiya Dəmir Yolu Şirkətinin sözçüsü Tomaş Kovaç bildirib ki, qəza zamanı sərnişin qatarında 80 sərnişin olub.

Qeyd edilir ki, ümumilikdə 74 zərərçəkənə tibbi yardım göstərilib, onlardan 34-ü yaxınlıqdakı xəstəxanalara aparılıb. “Qəza zamanı 59 nəfər yüngül, 11 nəfər orta, 4 nəfər isə ağır xəsarət alıb”, – xəbərdə vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...