May ayında dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı təxminən 15,9 milyon nəfər artıb. Bu, aprel ayı ilə müqayisədə üç dəfə azdır, ötən ilin oktyabr ayında qeydə alınan yoluxma sayına isə uyğundur.
Ednews xəbər verir ki, bu barədə informasiyanı "TASS" agentliyi yayıb.
Mənbə yazır ki, ölüm halları da ötən ayla müqayisədə üç dəfə azalıb və 2020-ci ilin yazının əvvəlindən bəri ən aşağı səviyyəyə olub. May ayında dünyada təxminən 55 min insan koronavirusdan dünyasını dəyişib.
Yoluxma hallarının sayına görə ABŞ birinci yerdədir. Orada 3 milyona yaxın yoluxma halı aşkar edilib. Ölkədə yoluxma səviyyəsi ötən ayla müqayisədə iki dəfə artaraq fevral ayı səviyyəsinə çatıb.
Almaniya ikinci yerdə qalır, burada 1,7 milyondan çox insan mayın 1-dən 31-ə kimi koronavirusa yoluxub. Eyni zamanda, aprel ayında onların sayı təxminən iki dəfə çox idi