ÜST-dən XƏBƏRDARLIQ: Koronavirusun daha təhlükəli ştamı yarana bilər - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

ÜST-dən XƏBƏRDARLIQ: Koronavirusun daha təhlükəli ştamı yarana bilər

Dünya A- A A+

Koronavirusun yeni, daha təhlükəli ştammı ortaya çıxa bilər.

Ednews APA-ya istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Təşkilat sədri dünyada koronavirus pandemiyasının bitdiyi ilə bağlı yanlış təsəvvürə diqqət çəkib.

“Pandemiyanın bitdiyi hissi başa düşüləndir. Lakin bu, yanlışdır. Hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər. Çoxlu sayda insan isə müdafiəsiz qalır”,-deyə Qebreyesus bildirib.

Qebreyesus bildirib ki, dünyada COVID infeksiyasına yoluxma və ölüm hallarının sayı azalsa da ÜST ölkələri sayıq olmağa çağırır.

Ümumilikdə, tibb işçilərinin və 60 yaşdan yuxarı insanların demək olar ki, dörddə üçü koronavirusa qarşı peyvənd olunub, lakin aşağı gəlirli ölkələrdə bu rəqəm elə də yüksək deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...