Ermənistanın xarici işlər naziri Ararat Mirozyan və rusiyalı həmkarı Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair mümkün sənədi müzakirə ediblər.
Ednews xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, eyni zamanda XİN başçıları Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, rusiyalı diplomatın İrəvana səfəri ötən gün başlayıb.
*12:37
Ermənistanın paytaxtı İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan və Sergey Lavrov arasında təkbətək söhbət olub, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.