Pakistan XİN-də Azərbaycanla diplomatik münasibətlərə həsr olunmuş tədbirlər keçirilib

Dünya 16:25 10.06.2022

Azərbaycan Pakistandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı Pakistan Xarici İşlər Nazirliyində (XİN) tədbir və foto-sərgi keçirib.

Səfirlikdən Ednews-a verilən xəbərə görə, tədbirdə hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov və Pakistan xarici işlər nazirinin müavini Sohail Mahmud çıxış ediblər.

Səfir Xəzər Fərhadov 9 iyun 2022-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib və bu münasibətlə öz təbriklərini çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatdığını ifadə edən səfir əlaqələrin bu səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Səfir həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərləri və bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. X.Fərhadov Pakistan Hökuməti, Parlamenti və xalqı tərəfindən istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və bu dəstəyə görə Pakistan Hökumətinə, Parlamentinə və xalqına təşəkkürünü çatdırıb. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupunu, həmçinin Karaçi, Lahor və İslamabaddan Bakı şəhərinə başlamış birbaşa uçuşlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. X.Fərhadov tədbirdə həmçinin, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli xarici işlər nazirləri və parlament spikerləri formatındakı əməkdaşlıq haqqında ətraflı məlumatları da diqqətə çatdırıb.

Pakistan xarici işlər nazirinin müavini Sohail Mahmud tədbirdə çıxış edərək diplomatik münasibətlərin qurulmasından sonra Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinin möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini bildirib. Hər iki ölkənin beynəlxalq arenada bütün məsələlərdə daima bir-birini dəstəklədiyini qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini bildirib və Mehriban xanım Əliyevanın bu fəaliyyətlərinə görə Pakistanın ən ali dövlət mükafatı “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xüsusi vurğulayıb. Sohail Mahmud ikitərəfli əlaqələrimizin bütün sahələr, xüsusilə iqtisadi, ticarət və mədəniyyət sahələri üzrə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini çıxışının sonunda Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar hər iki ölkə xalqını təbrik edib.

Çıxışlardan sonra Azərbaycan Respublikası və Pakistan İslam Respublikası xarici işlər nazirlərinin diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı göndərdikləri təbrik məktublarının mübadiləsi həyata keçirilib.

Tədbirdən sonra Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş foto-sərginin açılışı olub və qonaqlar sərgi ilə tanış olublar.

Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Media: About 30 Israeli generals and Shin Bet officers held hostage by Hamas
Media: About 30 Israeli generals and Shin Bet officers held hostage by Hamas
15:00 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
President Ilham Aliyev: ‘Azerbaijan is determined to continue active interaction with Kyrgyzstan in all areas’
14:38 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı