AŞPA-da Ukrayna ilə bağlı qətnamə qəbul olundu - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

AŞPA-da Ukrayna ilə bağlı qətnamə qəbul olundu

Dünya A- A A+

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ukrayna ilə bağlı qətnamə qəbul olunub.

Ednews-un xəbərinə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Ukrayna ilə bağlı üç qətnamə qəbul edilib.
Qətnamələr Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və daxili və xarici miqrasiya, miqrant və qaçqın uşaqların müdafiəsi və alternativ qayğısı, sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik mövzularında olub.

Bildirilib ki, AŞPA Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin humanitar nəticələrindən son dərəcə narahatdır.

Qətnamələrdə Avropa Şurasına üzv dövlətlərin Ukraynaya davamlı, uzunmüddətli və əlaqələndirilmiş dəstəyinin önəminə toxunulub, və üzv dövlətlər humanitar böhranın idarə edilməsi üzrə fəaliyyət planları hazırlamağa təşviq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...