Luqansk qubernatoru bildirib ki, ukraynalı əsgərlərin məhv edilmiş mövqelərdə qalmasının mənası yoxdur.
Ednews xəbər verir ki, “Ruslar şəhərin infrastrukturunu dağıdıb”, - deyən qubernator Ukrayna əsgərlərinin yeni vəzifələrə göndəriləcəyini bildirib.
O, həmçinin, şəhərdəki evlərin 80 faizinin ciddi ziyan gördüyünü və bu evlərin sökülməli olduğunu da vurğulayıb.
Qeyd edək ki, Severodonetsk Rusiyanın Ukraynanın şərqindəki ən mühüm hədəflərindən biri idi.