Borrell İran xarici işlər naziri ilə görüşüb - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Borrell İran xarici işlər naziri ilə görüşüb

Dünya A- A A+
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
 
Ednews "Mehr News"a istinadən xəbər verir ki, görüş Borrellin Tehrana səfəri çərçivəsində baş tutub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Borrelin səfəri İran və Avropa İttifaqı arasında davam edən məsləhətləşmələr, ikitərəfli, beynəlxalq məsələlər, həmçinin anti-İran sanksiyalarının aradan qaldırılması ilə bağlı Vyana danışıqlarının son vəziyyəti çərçivəsində baş verir.

Əmir-Abdullahian və Borrellin görüşünün təfərrüatları hələlik açıqlanmayıb.

Avropa İttifaqının Ali Nümayəndəsinin bu səfər çərçivəsində İranın digəri yüksək səviyyəli rəsmiləri ilə də görüşü planlaşdırılıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...