Meşə yanğınları nəticəsində həyatını itirən yoxdur.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi məlumat verib.
“Türkiyədəki meşə yanğınlarının 88%-nin səbəbi insan faktorudur. Səbəbin nə olmasından asılı olmayaraq, rəqəmlər bu cürdür”, - deyə nazir əlavə edib.
Kirişçi meşə yanğınları ilə bağlı vətəndaşları xüsusilə diqqətli olmağa çağırıb.