Ukraynada səfərdə olan Moldova Prezidenti Maya Sandu Borodianka, Buça və İrpinə gedib.
Ednews xəbər verir ki, bu barədə Moldova Prezidenti "Tvitter"də bildirib.
"Bu gün Ukraynadayam. Borodianka, Buça və İrpin şəhərlərində oldum. Gördüyüm zorakılıq və dağıntının miqyasına görə nitqim tutuldu. Bu, ağlasığmaz faciədir və biz cəsur fədakar Ukrayna xalqına sülh, azadlıq, firavanlıq və öz seçdikləri həyat arzulayırıq", Moldova Prezidenti "Twitter"də bildirib.