Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün İsveç və Finlandiya liderləri ilə görüşəcək.
Ednews xəbər verir ki, bu barədə NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə açıqlamasında deyib.
O qeyd edib ki, NATO sammitinin çərçivəsində baş tutacaq görüşdə ittifaqın Baş katibi Yens Stoltenberq də iştirak edəcək.
Ərdoğan əlavə edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin gözlənti və tələblərini yerinə yetirməlidirlər.