Rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycan tərəfindən üzr istəyib.
Ednews xəbər verir ki, Solovyov erməni separatçı David Babayanı qondarma “DQR” naziri kimi təqdim etdiyi üçün bu addımı atıb.
“Mən böyük siyasi səhv etdim, çünki Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum” – deyə Solovyov qeyd edib.
O, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazır olduğunu söyləyib:
“Təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm. Ona görə də mən bu mövzunu federal efirdə işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün, 44 günlük müharibə zamanı etdiyimiz kimi, mənə eyni vaxtda iki tərəfin mövqeyini ifadə etmək imkanı vermədiyim üçün üzr istəyirəm".