Boris Conson Gürcüstana səfərə dəvət olundu - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Boris Conson Gürcüstana səfərə dəvət olundu

Dünya A- A A+

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib.

Ednews xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində baş tutub.

Görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub.

İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib.

Tərəflər iki ölkənin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığını müzakirə ediblər. Qeyd olunub ki, bir sıra istiqamətlər üzrə strateji dialoq və əməkdaşlıq formatı ölkələr arasında mövcud münasibətləri yeni səviyyəyə yüksəldib.

İ.Qaribaşvili B.Consonu onun üçün münasib vaxtda Gürcüstana səfərə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...