Ukraynalı müdafiəçilər Xerson vilayətinin Potemkino kəndini rus qoşunlarından azad ediblər. Uğurlu əks-hücum zamanı çoxlu rus texnikası məhv edilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Silahlı Qüvvələrinin Facebook səhifəsinə istinadən yayıb.
“Xerson vilayətinin Potemkino kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. 60 hərbçi uğurlu bir hücum həyata keçiriblər və bu müddət ərzində düşmənin bir neçə əks hücumunu dəf ediblər.
Nəticədə düşmənin piyada döyüş maşınlarını və tanklarını məhv ediblər, həmçinin bir "Tiqr" tankını ələ keçiriblər. Potemkinonun yerli əhalisi rahat nəfəs alıb və Ukrayna hərbçiləri nəticədən razı qalıb. Oğlanlarımız gözlərindəki inam və sifətlərindəki təbəssümlə tempi davam etdirəcəklərinə söz verirlər”, - bəyanatda deyilir.