Zelenski Ştaynmayerlə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə etdi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenski Ştaynmayerlə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə etdi

Dünya A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

Ednews xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının tviterdə yazıb.

Tərəflər Ukrayna əsgərlərinə hərbi yardımın gücləndirilməsini müzakirə ediblər.

"Biz Ukraynaya müdafiə dəstəyinin artırılmasını müzakirə etdik. Almaniya xalqının Aİ-yə gedən yolda həmrəyliyini və təcavüzə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk", - Zelenski qeyd edib.

Eyni zamanda, danışıqlar zamanı Ştaynmayerin Ukraynaya mümkün səfəri müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...