Türkiyədə güclü yağışlar sürüşməyə səbəb olub.
Ednews "İhlas Xəbər Agentliyi"nə istinadən xəbər verir ki, Artvin bölgəsinin Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.
Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.
Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb. Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.