Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədlərini açır - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədlərini açır

Dünya A- A A+

Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.

Ednews-un xəbərinə görə, bu barədə Türkiyə Xarixi İşlər Nazirliyinin Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən dördüncü görüşünə dair bəyanatında deyilir.

Qeyd olunub ki, onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Bundan əlavə, tərəflər, həmçinin yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...