ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək

Dünya A- A A+

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün rəsmi Vaşinqton və Tehran təmsilçiləri arasında Qətərin paytaxtı Dohada aparılan danışıqlar davam etdiriləcək.

Ednews “Tasnim”ə istinadən xəbər verir ki, müzakirələrdəki fasilə ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri ilə bağlıdır.

Ağ ev rəhbərinin səfəri başa çatandan sonra ABŞ və İran arasında danışıqların bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, C.Bayden iyulun 13-16-da İsrailə və Fələstinə səfər edəcək. Bu ziyarət zamanı İranın nüvə proqarmı və bunun ətrafında yaranmış durum müzakirə ediləcək.

Xatırladaq ki, iyunun 28-29-da Dohada ABŞ-la İran nümayəndələri arasında birbaşa olmayan görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...