Roma papası Fransisk Rusiya və Ukraynaya səfərə yollana bilər.
Ednews xəbər verir ki, bu barədə məlumatı Roma papası “Reuters” agentliyinə müsahibəsində açıqlayıb.
“Bu ay Kanadaya səfər etdikdən sonra Moskva və Kiyevə səfər edəcəyimə ümid edirəm. Ukraynaya getmək istərdim, lakin bundan əvvəl Moksvaya səfər etmək istəyirəm” – deyə Roma papası bildirib.
Qeyd edək ki, heç bir Papa Moskvaya səfər etməyib və Fransis dəfələrlə Rusiyanın Ukraynaya təcavüzünü pisləyib. O, Rusiyanı "qəddar və mənasız təcavüz müharibəsi" aparmaqda ittiham edib.