Dünya pop səhnəsinin ulduzu Şakira ilə məşhur futbolçu Jerar Pike arasında qalmaqal davam edir.
Ednews İspaniya mətbuatına istinadən xəbər verir ki, pop ulduzunun vəkilləri artıq ona cütlüyün iki oğlu Milan və Saşanın qəyyumluğunun verilməsi tələbi ilə məhkəməyə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Şakira İspaniyadan ABŞ-a getmək istəyir, çünki onu Kataloniyaya bağlayan tək səbəb ailəsi idi.
Pike isə uşaqların onun yanında yaşamağa davam etməsini istəyir. O, məşq və matçların sıx qrafiki səbəbindən oğulları ilə görüşmək üçün daim okeanın o tayına uça bilməyəcəyini bildirib.
Şakira, məhkəmədə qalib gəlmək üçün Pikenin karyerasını məhv etmək və uşaqları Amerikaya aparmaq niyyətindədir. Şayiələrə görə, futbolçunun uzun illər davam edən xəyanətilə bağlı çoxlu məlumat əldə etməyi bacarıblar.