Avstraliyanın üçüncü ən böyük şəhəri olan Sidney bu il iki dəfə daşqın təhlükəsi ilə mübarizə aparmalı olub.
Ednews xəbər verir ki, şəhərin bəzi yerlərinə 4 gün ərzində səkkiz aylıq yağıntı düşüb.
Sel nəticəsində yollar bağlanıb, bəzi evləri su basıb, minlərlə insan işıqsız qalıb.
Qeyd edək ki, bu il Avstraliyanın bir çox yerlərində La Nina iqlim şəraiti səbəbindən daşqınlarda 20-dən çox insan həyatını itirib.
Sidneydə isə daşqın səbəbli 100-dən çox təxliyə əmri verilib, 50-dən çox rayonda isə insanlara təxliyəyə hazır olmaq barədə xəbərdarlıq edilib.