Fransanın “Marianne” jurnalında yayımlanan yazıda Eyfel qülləsinin bərbad və paslanmış vəziyyətdə olduğu üçün təmirə ehtiyacı olduğu bildirilib.
Ednews xəbər verir ki, jurnalda həmçinin qüllənin memarı Qustav Eyfel haqqında “Qülləni ziyarət etsəydi infarkt keçirərdi”,-deyə məlumat da yer alıb.
Bildirilib ki, 2024-cü il Paris Olimpiadası kimi səbəblərdən qülləyə yalnız "kosmetik" düzəlişlər ediləcək.
Rəsmilər bələdiyyənin operator şirkətinin tamamilə bağlanması nəticəsində meydana gələcək gəlir itkisində qaçdıqlarını da açıqlayıblar.
Qeyd edək ki, inşa edildiyi gündən 20-ci dəfə təkrarlanacaq boyama prosesinin 60 milyon avroya başa gələcəyi bildirilir.
Eyfel qülləsi 1889-cu ildə tikiləndə 20 ilin sonunda təmir səbəbli üzləşdiyi çətinliklərə görə söküləcəyi proqnozlaşdırılırdı.