Müharibənin qarşısını almaq üçün xüsusi siyasət yeridən, lakin uğursuzluğa düçar olan Makronun Putinlə telefon danışığının tam səsyazısı ortaya çıxıb.
Ednews xəbər verir ki, AFP-nin əldə etdiyi səs yazılarının sənədli filmdə istifadə ediləcəyi açıqlanıb.
Rus ordusunun Ukraynaya hücumundan əvvəl baş tutan Makronun Putinlə görüşü France 2-də yayımlanan “Prezident, Avropa və Müharibə” sənədli filmində nümayiş etdirilib.
Sözügedən filmdə iki liderin telefon zənginin tam qeydi ictimaiyyətə təqdim edilib.
Telefon zəngi zamanı Putinin Zelenskini yalan danışmaqda ittiham etdiyi bildirilib.
Putin daha sonra Zelenskinin Kremlpərəst ukraynalı separatçılarla danışıqlardan açıq şəkildə imtina etdiyini də vurğulayır.