Zelenski ABŞ senatorları ilə görüş keçirdi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenski ABŞ senatorları ilə görüş keçirdi

Dünya A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfəri çərçivəsində ABŞ senatorları Lindsi Qrem və Riçard Blumental ilə görüşüb.

Bu barədə Ednews “RBC-Ukraina”ya istinadən xəbər verir.

Zelenski ABŞ-ın ikipartiyalı dəstəyinin Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.

Prezidentin sözlərinə görə, indi Ukraynanın mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müasir hava hücumundan müdafiə sistemlərinin təchizatı məsələsində Konqresin köməyinə ehtiyacı var.

“Əsas prioritet uşaqlı qadınların sentyabrın 1-dək evlərinə qayıtmasını, uşaqların və tələbələrin məktəblərə və universitetlərə getməsini təmin etməkdir”, - Zelenski qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...