Ermənistanın xüsusi nümayəndəsi səfirləri Türkiyə ilə aparılan danışıqlar barədə məlumatlandırdı - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Ermənistanın xüsusi nümayəndəsi səfirləri Türkiyə ilə aparılan danışıqlar barədə məlumatlandırdı

Dünya A- A A+

Bu gün Ermənistan parlamentinin vitse-spikeri, rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bir neçə ölkənin səfiri ilə görüşüb.

Ednews “NEWS.am”a istinadən xəbər verir ki, görüş diplomatların müraciəti əsasında baş tutub.

R.Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, həmçinin xüsusi nümayəndələrin dördüncü görüşü nəticəsində əldə edilmiş konkret razılaşmalar barədə məlumat verib.

Qeyd edək ki, görüşdə İsveçin Ermənistandakı səfiri Patrik Svensson, Finlandiyanın səfiri Kirsti Narinen, Estoniyanın səfiri Rina Kalyurand və başqa diplomatlar iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...