Rusiyanın Bryansk vilayətinin Uneçski rayonunda dəmiryol relslərində partlayış baş verib.
Ednews “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətinin qubernatoru Aleksandr Boqomaz öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayıcı qurğu Robçik-Pesçanka zolağında yük qatarının qarşısında işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmayıb, dəmir yolu relslərinə ziyan dəyməyib.
Boqomaz bildirib ki, partlayış nəticəsində yük qatarının maşinist kabinəsinin şüşələri zədələnib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.