Yeni Zelandiyada ilk dəfə meymunçiçəyi virusu aşkarlanıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Virus aşkarlanan şəxs Oklend şəhərində yaşayan 30 yaşlı şəxsdir.
Xarici səfərdən yeni qayıdan bu şəxsin təcrid olunduğu bildirilib.